Bakıda 17 yaşadək güləşçilər arasında keçirilən dünya çempionatında azərbaycanlı yunan-Roma güləşçisi Abdulrəhman Hüseynli (51 kq) yarımfinal görüşünə çıxıb.
Oxu.Az-ın məlumatına görə, o, gürcü Sabah Abaşidze ilə qarşılaşıb.
Matç Azərbaycan təmsilçisinin 9:3 hesablı qələbəsi ilə başa çatıb.
Buna qədər o, müvafiq olaraq Kuanışbek Jangajol (Qazaxıstan) və Əlcəzair təmsilçisi Lyes Boumaza və ermənistanlı Gevorq Harutyunyandan üstün olmuşdu.
Xatırladaq ki, daha əvvəl Əli Cavadlı (45 kq) finala vəsiqə qazanıb.
Bakıda 17 yaşadək güləşçilər arasında keçirilən dünya çempionatında azərbaycanlı yunan-Roma güləşçisi Abdulrəhman Hüseynli (51 kq) 1/4 final görüşünə çıxıb.
Oxu.Az-ın məlumatına görə, o, ermənistanlı Gevorq Harutyunyanla qarşılaşıb.
Matç təmsilçimizin 6:4 hesablı qələbəsi ilə başa çatıb.
A.Hüseynli daha əvvəl Kuanışbek Jangajol (Qazaxıstan) və Əlcəzair təmsilçisi Lyes Boumazadan üstün olmuşdu.
Xatırladaq ki, daha əvvəl Elmir Çərkəzov (60 kq) yarımfinala çıxmağı bacarmışdı.
Bakıda 17 yaşadək güləşçilər arasında keçirilən dünya çempionatında azərbaycanlı yunan-Roma güləşçisi Abdulrəhman Hüseynli (51 kq) 1/8 final görüşünə çıxıb.
Oxu.Az-ın məlumatına görə, o, Əlcəzair təmsilçisi Lyes Boumaza ilə qarşılaşıb.
Matç A.Hüseynlinin vaxtından əvvəl qələbəsi ilə başa çatıb - 9:0.
Qeyd edək ki, təmsilçimiz ilk görüşdə Kuanışbek Jangajoldan (Qazaxıstan) üstün olmuşdu.
Xatırladaq ki, daha əvvəl Elmir Çərkəzov (60 kq) 1/4 finala yüksəlib. Zöhrab Səfərov (92 kq) isə Ukrayna təmsilçisi Hlib Yevsieyevlə bacarmayıb.
Bakıda 17 yaşadək güləşçilər arasında keçirilən dünya çempionatında azərbaycanlı yunan-Roma güləşçisi Abdulrəhman Hüseynli (51) ilk görüşünə çıxıb.
Oxu.Az-ın məlumatına görə, o, ilk görüşdə Kuanışbek Jangajolla (Qazaxıstan) qarşılaşıb.
Matç Azərbaycan təmsilçisinin tam üstünlüyü ilə başa çatıb - 9:0.
Qeyd edək ki, daha əvvəl Əli Cavadlı (48 kq, 9:0) və Elmir Çərkəzov (60 kq) ilk görüşlərini qələbə ilə başa vurublar.
Zöhrab Səfərov (92 kq) isə ukraynalı rəqibi ilə bacarmayıb.
Xatırladaq ki, yarış Milli Gimnastika Arenasında keçirilir və 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçini bir araya gətirir. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
Dünya çempionatına avqustun 2-də yekun vurulacaq.