"Beşiktaş" UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Danimarkanın "Midtyulland" klubu ilə qarşılaşıb.
Oxu.Az xəbər verir ki, matç İstanbul təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.
Görüşdə yeganə qolu 26-cı dəqiqədə Orkun Kökçü vurub. Bu, "Beşiktaş"ın Vinçentso İtalyanonun rəhbərliyi altında çıxdığı ilk rəsmi matç və ilk qələbəsi olub.
Tərəflər arasında cavab qarşılaşması iyulun 30-da Danimarkada olacaq.
Qaynar xətt:
(055) 224 12 12