UEFA Çempionlar Liqasında Liqa mərhələsinin ilk turunun daha dörd matçı keçirilib.
Oxu.Az xəbər verir ki, turun mərkəzi qarşılaşmasında "Real Madrid" evdə "İnter"i qəbul edib.
Görüş "kral klubu"nun qələbəsi ilə yekunlaşıb - 2:1. Madridlilərdən Kilian Mbappe (14-cü dəqiqə) və Federiko Valverde (23) fərqləniblər. Milanlıların təsəlli qolunun müəllifi isə Karlos Auqusto (77) olub.
Turun digər maraqlı görüşü "Portu" və "Mançester Siti" komandaları arasında baş tutub. Erlinq Holandın dublu (47 və 90+1-ci dəqiqələr) matçın yekun hesabını müəyyənləşdirib - 0:2.
Digər matçlarda aşağıdakı nəticələr qeydə alınıb:
"Brügge" - "Aston Villa" - 2:3;
AEK - LASK - 1:0;
"Lill" - "Real Betis" - 2:3;
"Borussiya Dortmund" - "Vilyarreal" - 3:2.