Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

UEFA Roma Papasını bir dəqiqəlik sükutla yad edəcək
Futbol üzrə Çempionlar Liqası çempionatının ilk yarımfinal oyunlarından əvvəl Roma Papası Fransiskin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) mətbuat xidməti məlumat verib.
Aprelin 29-da İngiltərənin "Arsenal" klubu Londonda Fransanın "PSJ" klubunu qəbul edəcək. Aprelin 30-da İspaniyanın "Barselona"sı doğma meydanda İtaliyanın "İnter"i ilə qarşılaşacaq. Həmçinin, qadınlar və gənclər arasında Çempionlar Liqasının yarımfinalından əvvəl də Roma Papası bir dəqiqəlik sükutla yad ediləcək.
Daha əvvəl verilən məlumata görə, aprelin 21-də baş tutmalı olan İtaliya çempionatının oyunları Fransiskin ölümü ilə əlaqədar aprelin 23-nə təxirə salınıb.
"Roma Papası" teqi üzrə xəbərlər
- Papa XIV Leonun uşaqlığını keçirdiyi ev tarixə çevrilir: ABŞ-də diqqətçəkən qərar
- Sahibə Qafarova Papa XIV Leoya Azərbaycan Prezidentinin təbriklərini çatdırıb
- Bursada tarixi kəşf: İsa Məsih dövrünə aid mozaika aşkarlandı
- Roma Papası Rusiya-Ukrayna danışıqları üçün platforma kimi Vatikanı təklif etdi
- Roma Papası XIV Leo Rusiya və Ukrayna arasında vasitəçi olmaq istəyir