Böyük tamaşaçı auditoriyasına malik UFC döyüşlərində ciddi qalmaqal yaşanıb.
Oxu.az xəbər verir ki, noyabrın 2-də Las-Veqasda keçirilən döyüşdə ABŞ-li idmançı İsaak Dulqaryan kubalı Yadyer del Valyeyə gözlənilmədən uduzub. Amerikalı döyüşçü ilk raundda boğucu fəndlə rəqibinə məğlub olub.
Döyüşdən əvvəl Dulqaryan bütün əsas bukmeyker kontorları tərəfindən aşkar favorit hesab edilirdi. Döyüş yaxınlaşdıqca bukmeyker kontorlarında şanslar gözlənilmədən dəyişib.
Məsələ ilə bağlı UFC araşdırmalara başlayıb. Amerikalı idmançının rəqibinə qəsdən uduzması iddiası araşdırılır.
"Həmin döyüşlə bağlı faktlar hərtərəfli araşdırılır. Biz bu iddiaları çox ciddi qəbul edirik", - deyə UFC-nin yaydığı açıqlamada bildirilir.
Xəbərdə qeyd olunur ki, sözügedən döyüşdən sonra "William Hill" və "Caesar's Sportsbooks" kimi bir neçə böyük bukmeyker kontorları pul qoyuluşu edən müştərilərinə ödənişləri geri qaytarmağı təklif edib.