Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Vaxtilə legioner həyatı yaşayan "Qəbələ" klubunun sabiq futbolçusu niyə satıcı işləyir?
"Qəbələ" klubunun sabiq qapıçısı Elnar Kərimov hazırda Mingəçevirdə ailəsini dolandıra bilmək üçün satıcı kimi fəaliyyətə başlayıb.
Bunu Oxu.Az-a açıqlamasında keçmiş futbolçu Elnar Kərimov özü deyib.
"Vaxtilə böyük klublarda çıxış etmişəm, legioner həyat yaşamışam. İndi isə Mingəçevirdə dostuma aid olan marketi işlədirəm. Futboldan iyrəndiyim üçün artıq qayıtmaq niyyətində deyiləm. Bu sahədən sevə-sevə ayrılsaydım, bəlkə də gələn təklifləri dəyərləndirə bilərdim, amma indi vəziyyət belə deyil. B kateqoriyalı məşqçi olmağıma baxmayaraq, klubsuz qaldıqdan sonra bu sahədən uzaqlaşmaq qərarına gəldim. "Mingəçevir" klubunda dörd ay maaş almadığım xəbəri tamamilə yalandır. Mən o klubdan halallıq alaraq ayrılmışam. Yeni rəhbərliklə görüşdük və yolları ayırdıq. Bu, futbolun qanunudur. Böyümək istəyən klub yeni insanlar gətirir, istəmədiklərini isə göndərir",- deyə E.Kərimov bildirib.
Qeyd edək ki, Elnar Kərimov futbolçu karyerası ərzində "Xəzər Lənkəran", "Qəbələ", "Bartınspor", "Sinopspor", "Görelespor" (Son üç klub Türkiyənindir - red.) klublarında çıxış edib.
Anar Həsənov
"Mingəçevir FK" teqi üzrə xəbərlər
- Azərbaycan klubunun həkimi beş oyunluq cəzalandırıldı
- "Turan Tovuz"dan ayrılan futbolçunun növbəti klubu məlum oldu
- Yeni sponsorla müqavilə imzalayan bölgə klubu köklü dəyişiklik etmək qərarına gəlib
- PFL "Mingəçevir" klubunun tələbini geri çevirib
- ASTA-nın prezidenti: "Mingəçevir" növbəti mövsümdə çox iddialı olacaq"