Hollandiyanın Veyk-an-Zey şəhərində üç azərbaycanlı qrossmeysterin iştirak etdiyi “Tata Steel Chess” beynəlxalq turniri başa çatıb, bu barədə Oxu.Az xəbər verir.
Şəhriyar Məmmədyarov əsas turnirdə 6,5 xal toplayaraq 8-ci yeri tutub. İkinci dərəcəli yarışda Eltac Səfərli 9 xal yığaraq 2-ci, Nicat Abbasov idə 6,5 xal ilə 8-ci mövqedədir.
Turnirin yekununa görə, azərbaycanlı qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr edilmiş mükafat “Fair Play” təqdim edilib. Mükafatı əsas turnirin iştirakçısı çex David Navara və ikinci yarışın iştirakçısı Hollandiya idmançısı Yorden van Forest alıb.
F.H.
www.oxu.az