Yurgen Klopp Almaniya milli komandasının baş məşqçisi olmağa razılıq verib.
Oxu.Az xəbər verir ki, Bu barədə insayder-jurnalist Fabritsio Romano özünün "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
Mənbə bildirir ki, uzunmüddətli müqavilənin detalları və Kloppun "Red Bull" sistemindən ayrılması şərtləri hələ də müzakirə olunur, lakin 59 yaşlı mütəxəssis "Bundestim"in yeni baş məşqçisi olacaq.
Qeyd edək ki, Yurgen Klopp 2025-ci ildən etibarən "Red Bull"un beynəlxalq əlaqələr üzrə direktoru vəzifəsində çalışır və onun bu şirkətlə müqaviləsi 2029-cu ilin sonuna qədərdir.
Xatırladaq ki, iyulun 3-də Almaniya Futbol İttifaqı (DFB) Yulian Naqelsmannla müqaviləyə vaxtından əvvəl xitam verildiyini elan etmiş və Kloppla danışıqlara başlamaq niyyətində olduğunu bildirmişdi.
🚨🇩🇪 BREAKING: Jürgen Klopp as new Germany head coach, here we go! 💥
— Fabrizio Romano (@FabrizioRomano) July 5, 2026
Klopp has accepted to take over; long term contract details, project and RB Group exit still under discussion, but he will be the new head coach.
RB considered Glasner as replacement but he signs at #NFFC.… pic.twitter.com/a5uULmyCJx