“Zirə”nin üzvü Davit Volkov Gürcüstan milli komandasına dəvət alıb.
Oxu.Az xəbər verir ki, hücumçu ölkəsinin DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində noyabrın 11-də İsveç və 15-də Özbəkistana qarşı keçirəcəyi yoxlama oyunu üçün yığmaya çağırılıb.
Qeyd edək ki, bu mövsüm 8 qol vuran futbolçu hazırda Azərbaycan Premyer Liqasının bombardiridir. O, həm də “Zirə”də 45 oyuna 19 qol vurmaqla bu klubun tarixində ən çox qol vuran futbolçu adına sahib çıxıb.
