Ayxan Abbasovun istefasından sonra “Zirə” klubunu Samir Abbasov çalışdıracaq.
Oxu.Az xəbər verir ki, bununla bağlı “Zirə” klubunun mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, mütəxəssislə mövsüm sonuna kimi müqavilə bağlanılıb.
Xatırladaq ki, Samir Abbasov ötən mövsüm “Sumqayıt” klubunu çalışdırıb.