Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"Apple"ın bəzi kompüterləri yeniləmələri qəbul etməyəcək
"Apple" rəsmi olaraq "Intel" prosessorlu "Mac" kompüterlərinə dəstəyi dayandırır.
Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg"in jurnalisti Mark Qurman "X" sosial şəbəkəsində məlumat paylaşıb.
O qeyd edib ki, sistemin son yenilənmə versiyalarını yalnız 2019-cu il "Mac Pro", "MacBook Pro", eləcə də 2020-ci il "iMac" modelləri qəbul edəcək.
Məlumatda, həmçinin bildirilir ki, şirkət gələcəkdə bütün diqqətini "Apple Silicon" ekosisteminin inkişafına yönəldərək, öz prosessorlarına keçidi yeddi ildən sonra tamamlamağa hazırlaşır.
"Apple şirkəti" teqi üzrə xəbərlər
- Rekord məlumat sızması: 16 milyard parol internetə düşdü
- "Apple" Los-Ancelesdə oğurlanmış "iPhone"ları bloklayıb
- Dünyanın ən bahalı şirkəti məlum oldu: "Microsoft" və "Apple" geridə qaldı
- Trampın rüsum siyasəti dünya iqtisadiyyatına baha başa gəlir
- "Apple" bütün əməliyyat sistemlərinin adlarını dəyişəcək
Ən çox oxunanlar