Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Ekspert istehsalçı tərəfindən smartfona quraşdırıla bilən viruslar barədə xəbərdarlıq edib
Yeni smartfonlar artıq satışa çıxarılmazdan əvvəl zərərli proqrama yoluxmuş ola bilər.
Bu barədə rusiyalı informasiya təhlükəsizliyi üzrə ekspert Aleksey Lukatski bildirib.
Ekspertin sözlərinə görə, yeni smartfonların zərərli proqrama yoluxdurulmasının iki variantı var.
Birinci variantda belə proqramlar hələ istehsal olunarkən smartfona quraşdırılır. Lukatski qeyd edib ki, bu, ucuz Çin istehsalı olan smartfon modellərində baş verir. Belə məhsulların istehsalçıları təkcə smartfonların özlərindən deyil, həm də istifadəçilərin şəxsi məlumatlarının satılmasından da pul qazanmağa çalışırlar.
İkinci variantla virus idxal edilən ölkənin özündə də cihaza quraşdırıla bilər. Lakin ekspertin fikrincə, bu, daha çox nəzəri cəhətdən mümkündür.
Lukatski hesab edir ki, mobil antivirus quraşdırmaqdan başqa, adi istifadəçinin belə zərərli proqramla mübarizə aparmaq imkanı yoxdur. İstehsal zamanı əməliyyat sisteminə quraşdırılmış virusu silmək isə, demək olar ki, mümkün deyil. Bununla bağlı ekspert az tanınan istehsalçılardan ucuz smartfonlar almağı deyil, az-çox tanınmış brendlərin qadcetlərini seçməyi təklif edib.
Mənbə: “Sputnik” radiostansiyası
"Çin" teqi üzrə xəbərlər
- Ən böyük hərbi donanmaya sahib ölkə AÇIQLANDI
- Rövşən Rüstəmov: "Çindən gələn blok qatarlarının sayının 3 dəfə artırılması planlaşdırılır"
- "Puma"dakı tək azərbaycanlı: "Şirkəti idarə edən önəmli şəxslərdən olmaq istəyirəm"
- Çin ABŞ-nin 13 hərbi sənaye müəssisəsinə sanksiya tətbiq edib
- Dərmanların heyvanlar üzərində sınaqdan keçirilməsinə daha mərhəmətli alternativ tapılıb
Rəylər