“Apple”ın rəsmi təqdimatından bir gün öncə internetdə “iPhone 7”-nin real fotoları yayılıb.
Oxu.Az-ın məlumatına görə, İKT.lent.az-ın xəbərinə görə, fotoları Vyetnamdakı “PhonGee” elektronika mağazasının yaydığı bildirilir.
Fotolardan görünür ki, cihaz yeni “iPhone 7” barədə bundan öncə internetə sızan çoxsaylı məlumatlara uyğun gəlir. Bu informasiyalar əsasında məlum idi ki, yeni smartfonlar “IPx7” standartı ilə toz və nəmdən mühafizə olunur və suyun altında yarım saata qədər qala bilir. SİM-kartdakı rezin təbəqə bunu sübut edir.
Fotolarda iki moduldan ibarət yeni işıq diodu da görünür. Yenilənmiş “True Tone” texnologiyası sayəsində kifayət qədər işıqlandırma olmayan məkanlarda daha dəqiq balans əldə etmək mümkün olacaq.
Yeni fotolar başqa bir informasiyanı da təsdiqləyir: “iPhone 7” 4K formatında saniyədə 60 kadr tezliyi ilə video çəkə biləcək ilk smartfon olacaq.
Qeyd edək ki, ABŞ və bir sıra ölkənin sakinləri üçün ilkin satışlar sentyabrın 9-da başlayacaq. Mağazaların piştaxtalarına “iPhone 7” sentyabrın 23-də çıxacaq.
Daha öncə “Bloomberg” öz mənbələrinə istinadən “Apple”in yeni smartfonu artıq 2016-cı ilin sentyabrın 7-də təqdim edə biləcəyi barədə məlumat yaymışdı. Amma agentlikdə “iPhone 7”-nin satışa sentyabrın 16-da çıxarılacağını bildiriblər.
Son məlumatlara görə isə Apple, Bakı vaxtı ilə saat 20:00-dan yeni iPhone 7 modelini təqdim edəcək.
Apple-ın təqdimatını bu linkdən izləyə bilərsiniz.
U.A
www.oxu.az