Çinin “Lenovo” şirkəti öz brendi altında smartfonların istehsalını dayandıra bilər.
Oxu.Az xəbər verir ki, bu barədə mənbəyə istinadən “Gizmochina” məlumat yayıb.
Portalın həmsöhbəti “Lenovo”da tezliklə dəyişikliklərin olacağını bildirib. Şirkətin növbəti modellərinin “Moto” brendi altında istehsal ediləcəyini deyib. Son qurğu isə əvvəlki kimi noyabrın 8-də Çində çıxacaq “P2” olacaq. Eyni vaxtda “Moto M”-in anonsu da veriləcək.
Şirkətdən rəsmi olaraq “Lenovo” brendi altında smartfonların istehsalının dayandırıldığı şayiəsi təsdiqlənib. Bəyanatın “P2”-nin təqdimatında ediləcəyi gözlənilir.
www.oxu.az