16 
Avq
2022
04:43
25
142
2617
Virtual karabakh

Alimlər Yerinkindən milyon dəfə güclü maqnit sahəsi yaratdılar - FOTO

16 Avq, 2022
04:43
2617

Alimlər Yerinkindən milyon dəfə güclü maqnit sahəsi yaratdılar - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çinli mütəxəssislər bu günə qədər mövcud olanlar içində ən güclü maqniti yaradıblar. Onun fərqləndirici xüsusiyyəti 45,22 tesla qüvvəyə malik sahədir - bu, Yerinkindən bir milyon dəfə çoxdur.

Cihaz kompakt ölçülərə malikdir və diametri 33 mm-dən çox deyil.

Qurğu - materiallar və canlı hüceyrələrlə təcrübələr üçün lazımdır, çünki onlar maqnit sahəsində fərqli davrana bilirlər.

Qeyd edək ki, əvvəlki rekord 1999-cu ildə ABŞ Milli Yüksək Maqnit Sahəsi Laboratoriyası tərəfindən qoyulmuşdu. Onun hibrid maqniti 45 tesla sahə gücündə generasiya edirdi və bu rekordu 23 il saxladı. 2019-cu ildə amerikalılar 45,5 Tesla sahəsi yaradıblar, lakin bu, təcrübə qurğusu idi və müntəzəm təcrübələr üçün yaramırdı.

Alimlər iddia edirlər ki, bu maqnitin gücü təyyarədaşıyan gəmini sudan çıxarmağa kifayət edir.

Mənbə: South China Morning Post

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri