20 Yanvar dairəsində aparılan təmir işləri yekunlaşdığı üçün nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.
Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Oxu.Az-a bildiriblər ki, aparılan təmir işləri ilə əlaqədar Moskva prospektində (20 Yanvar dairəsindən Şamaxı yolu (Şamaxinka) istiqamətinə) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Sürücülərə alternativ olaraq Moskva prospekti - Əsas yol və Asif Məhərrəmov küçələrindən istifadə etmələri tövsiyə olunur.