İyunun 18-də Bakının Üzeyir Hacıbəyov küçəsi, 59 ünvanda yerləşən “Aston Martin” Bakı Mərkəzində dünyanın məşhur idman avtomobilləri istehsalçısı “Aston Martin”in yeni modeli “DB11” sportkarın təqdimat mərasimi olub.
Oxu.Az xəbər verir ki, “Aston Martin”nin Azərbaycandakı rəsmi distribüteri “Avtolux-Azerbaijan LLC” şirkəti tərəfindən təşkil olunan tədbirdə tanınmış simalar, media mənsubları və “Aston Martin” markasının pərəstişkarları toplaşmışdılar.
Tədbirin əsas qonaqları Britanyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Karole Korofts, “Red Bull Racing” Formula-1 komandasının rəhbəri Christian Horner və “Aston Martin”in Orta Şərq üzrə prezidenti Neil Sleid idi.
Təqdimatda çıxış edən səfir Karole Korofts Azərbaycanla Britaniya arasında uğurlu əməkdaşlıqdan danışıb.
Daha sonra çıxış edən Aston Martin”in Orta Şərq üzrə prezidenti Neil Sleid “Aston Martin DB11” modeli haqqında ətraflı məlumat verib.
O qeyd edib ki, hazırda adıçəkilən avtomobil Bakıda satışa çıxarılmayıb. Lakin “DB11” avtomobilinə yiyələnmək istəyən şəxs onu “Aston Martin Baku”da sifariş edə bilər.
O bildirib ki, “Aston Martin Baku”da Britaniyanın luks kateqoriyalı avtomobil brendinin zəngin olan DB, “Vanquish”, “Vantage”, “Rapide S” modelləri satılır.
Daha sonra “Aston Martin DB11” modeli təqdim olunub.
Bildirilib ki, “DB11”-nin dizaynının iki ən fərqləndirici sahələri onun parlaq yeni barmaqlığı və qreyfer kapotunun olmasıdır. Radikal yeni ideyaları ilə tanış xüsusiyyətləri özündə birləşdirərək DB11-yə təzə, qüsursuz olan fərqləndirici xüsusiyyət verir. “Aston Martin”in dizayn baxımından ön barmaqlığı əbədidir və həqiqətən, xəyali özünəməxsusluğu ehtiva edir.
Bu, “DB11” üçün daha güclü və əhəmiyyətli xüsusiyyətlə genişlənərək işlənib hazırlanıb. Ümumi dizayna daha böyük təsir edərək bütün korpusun forması və səthi xətlərinin qaynaqlandığı mənbədir.
Belə ki, bu, “DB11”nin etibarlığının və imkanlarının güclü simvolunu təqdim edir.
Yeni və fərqli dizayn üslubu, qabaqcıl aerodinamika, 5,2 litr yanacaqtutumlu yeni ikili-turbo V12 mühərriki və daha yüngül və möhkəm tərtib olunmuş, daha çox yer ayrılmış alüminium strukturlu “DB11” modeli “Aston Martin” tarixində DB nəslində istehsal edilmiş ən güclü, ən səmərəli və dinamik modeldir.
Tədbirin sonunda “Red Bull Racing” Formula-1 komandasının rəhbəri Christian Horner pərəstişkarlara avtoqraf verib.
Qeyd edilib ki, “Aston Martin” Baki Mərkəzində Ramazan ayı münasibəti ilə “5+5” aksiyasına başlanılıb. Belə ki, standart üç il istehsalat zəmanətinə iki il əlavə olunub və müştərilər 5 il ödənişsiz servis xidmətlərindən yararlana biləcəklər. Əlavə olaraq ehtiyat hissələrə 10%, aksessuarlara 20% endirim tətbiq olunur.
“Aston Martin” markalı avtomobillər rəsmi olaraq Bakının Üzeyir Hacıbəyov küçəsi, 59 ünvanda yerləşən “Aston Martin Baku”da satılır. Ərazidə xüsusi olaraq “Aston Martin” markalı avtomobillər üçün servis də mövcuddur.