Azərbaycanın dünya bazarına çıxararaq satdığı “AzeriLight” markalı xam neftin bir barelinin qiyməti dəyişməyib.
Oxu.Az xəbər verir ki, “AzeriLight” markalı neftin bir barelinin qiyməti ötən həftənin sonu və dünən olduğu kimi, 55,42 dollara bərabər olub.
Neftin qiymətinin sabit qalmasına səbəb bir sıra ölkələrdə Milad bayramı ilə əlaqədar birjaların işləməməsidir.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin sifarişi əsasında “AzeriLight” markalı neftin ortamüddətli dövr üçün dünya bazar qiymətləri hesablanıb.
Həmin proqnoza görə, 2017-ci ildə neftimizin orta qiyməti 65 dollar, 2018-ci ildə 80,3 dollar, 2019-cu ildə 76 dollar, 2020-ci ildə 72 dollar olacaq.
U.A.
www.oxu.az