Bu ilin yanvar-iyun aylarında Azərbaycana xaricdən daxil olan pul baratlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 22,5%, 2014-cü ilin ilk yarısına nisbətən isə 47,1% azalıb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının yarımillik pul siyasəti icmalında bildirilib.
İcmala əsasən, 2016-cı ilin ilk 6 ayı ərzində ölkəyə xaricdən 423 milyon dollar məbləğində pul köçürmələri olub. Bu rəqəm 2015-ci ilin ilk yarısında 546 milyon dollar, 2014-cü ilin ilk 6 ayında isə 799 milyon dollar təşkil edib.
Pul baratlarının azalması Azərbaycanla başlıca tərəfdaş ölkələrdə iqtisadi aktivliyin zəif olması ilə izah edilir.
Ülviyyə R. Əli
www.oxu.az