Anglo Asian Mining şirkəti tərəfindən Gədəbəy qızıl yataqlarında aparılan kəşfiyyat işləri 29% artıb.
Oxu.Az Abc.az-a istinadən xəbər verir ki, Anglo Asian Mining şirkəti tərəfindən aparılan kəşfiyyat işləri 29% artıb, 61795775 t 0,730 q qızıl tərkibli, yəni 1449537 unsiya qızıldır.
Göstəricilərin dəyişməsini şirkət Gədəbəy yataqlarında, 2013-cü ilin avqustundan sonra aparılan yeni qazma işləri və Gədəbəydən bir qədər şimalda Qadir adlı yeni strukturun açılması ilə əlaqələndirir.
Şirkətin baş direktoru Reza Veziri bəyan edib ki, Gədəbəy yatağının kəşfiyyatının davamı və işlənməsi 2014-cü ildə yeni ehtiyatların tapılmasına gətirib çıxara bilər.
“Bu ehtiyatların artırılması mədənin işlənmə müddətinin bir neçə il uzadılmasına gətirib çıxara bilər”, - Vəziri deyib.