Türkiyə 2015-ci ilin I yarısında 27 ölkə və 2 sərbəst bölgəyə 10 min tondan çox dondurma və buzlu məmulatlar ixrac edib. Bu ölkələr arasında Azərbaycan da yer alır.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dondurma və buzlu məmulatların ixracından bu ölkə 23 milyon 235 min 295 dollar gəlir əldə edib.
Bundan başqa, idxala görə isə Türkiyə ümumilikdə 4 milyon 437 min 822 dollar ödəyib.
Qeyd edək ki, anoloji dövrdə türk dondurmasının Maldiv və Çindən belə alıcısı tapılıb.
Ülviyyə R. Əli
www.oxu.az