“Azərbaycan Hava Yolları” (AZAL) şirkəti İstanbula səfərləri ləğv etməyib.
Oxu.Az xəbər verir ki, bu barədə haqqın.az-a AZAL-ın mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, pis hava şəraiti - yağış və qasırğalı külək Bakı-İstanbul reysləri üzrə səfərlərin təxirə salınmasına səbəb olmayıb. Müəyyən gecikmələrə baxmayaraq, uçuşlar reallaşdırılacaq.
L.Ə.