Bakıda 3 avtomobil toqquşub, xəsarət alan var.
Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Kürdəxanı qəsəbəsində “Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirərək yol kənarında dayanan “VAZ 2107” və “Daewoo” markalı avtomobilə çırpılıb. Zərbə o qədər güclü olub ki, “Vaz 2107”-nin sürücüsü 53 yaşlı Səfərov Səxavət Əlirza oğlu avtomobilinin önündə dayanarkən xəsarət alıb. Müxtəlif bədən xəsarətləri alan S.Səfərov 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Qəza nəticəsində hər üç avtomobil deformasiyaya uğrayıb. Hadisənin baş verdiyi ünvana Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Hadisəni törədən sürücü saxlanılıb.
Araşdırma aparılır.
A.M.