Bakı Metropolitenində daha bir yenilik tətbiq olunur.
Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Oxu.Az-a verdiyi məlumata görə, metro stansiyalarında sosial reklamların yerləşdirilməsinə başlanılıb.
Onun sözlərinə görə, ilk öncə siqaretin insan səhhətinə zərərli təsirləri haqqında reklam hazırlanıb.
Hələlik sosial reklamlar “İnşaatçılar”, “Gənclik”, “Neftçilər” və “Nərimanov” stansiyalarında quraşdırılıb.
E.Ə.
www.oxu.az