H.Əliyev adına NEZ-də yenidənqurma layihəsi çərçivəsində “Amec-FW” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalanıb.
Bu barədə şirkətdən Oxu.Az-a bildirilib.
Mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “Amec-FW” şirkətinin Cənubi Avropa üzrə prezidenti, SOCAR-FW Mühəndislik Xidmətləri birgə müəssisəsinin İdarə Heyətinin üzvü Marco Moresco, hər iki şirkətin rəhbər nümayəndələri iştirak edib.
Müqaviləni Heydər Əliyev adına Neft Emalı Zavodunun direktoru Elman İsmayılov, “Amec-FW” şirkətinin kommersiya əməliyyatları üzrə direktoru Enzo Gioviale və SOCAR-FW Mühəndislik Xidmətləri birgə müəssisəsinin baş direktoru Elməddin Dadaşov imzalayıb.
Qeyd edək ki, “Amec-FW” artıq SOCAR-ın STAR layihəsində əvvəlcə FEED podratçı qismində, hazırda isə PMC qismində işlərə cəlb edilib.
Ülviyyə R. Əli
www.oxu.az