Maliyyə nazirliyinin istintaq xidməti əməkdaşları Gürcüstan ərazisindən keçən Bakı-Supsa magistral neft kəmərindən xam neft oğurlamaqda ittiham olunan Georgi Laxşiridze və Yaqo Kaxabarişvili saxlayıblar, Oxu.Az «Sputnik-Qruziya»-ya istinadən xəbər verir.
«İttiham olunanlar xüsusi texnika tətbiq etməklə British Petroleuma məxsus olan Bakı-Supsa neft kəmərini zədələyib, onun üzərində xüsusi kran quraşdırmışdılar. Yerin altı ilə çəkilmiş uzunluğu bir km olan kustar boru kəməri vasitəsilə xam nefti öz rezervuarlarına yığırdılar»- deyə qurumun mətbuat xidməti İstintaq xidməti istintaq deportamentinin başçısının müavini Merab Qamkrelidzenin sözlərini çatdırıb.
Müttəhimlər oğurlanmış nefti rezervuarlarda, üstündən tərəvəz yığaraq, avtomobillərlə Tbilisiyə, köhnə zavodun ərazisinə gətirirdilər. Xam nefti Laşxiridze və Kaxabrişvili emal edib, satırdılar.