Bakıda Zığ dairəsi-Heydər Əliyev Beynəlxalq Hava Limanı avtomobil yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb.
Bu barədə Oxu.Az-a Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən bildiriblər.
Qeyd edək ki, hava şəraiti nəzərə alınaraq bu gün Böyük Şor yol qovşağı-Heydər Əliyev Beynəlxalq Hava Limanı-Bilgəh, eləcə də Zığ dairəsi-Heydər Əliyev Beynəlxalq Hava Limanı avtomobil yollarında təhlükəsizliyin təmin edilməsi məqsədilə hər zolaq üzrə sürət həddi 20 km/saat aşağı salınmışdı.
Sürət həddi 120 km/saatdan 100-ə, 100 km/saatdan 80-ə, 80 km/saatdan 60-a endirilmişdi.
11.56
Bakının bəzi küçə və prospektlərində sürət həddi aşağı salınıb.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən Oxu.Az-a verilən məlumata görə, hava şəraiti nəzərə alınaraq, Böyükşor-Hava limanı - Bilgəh, Zığ dairəsi - Hava limanı avtomobil yollarında təhlükəsizliyin təmin edilməsi məqsədilə hər zolaq üzrə sürət həddi 20 km/saat aşağı salınıb.
Belə ki, 120 km/saatdan 100-ə, 100 km/saatdan 80-ə, 80 km/saatdan 60-a endirilib.
Hava şəraiti dəyişən kimi sürət həddi yenidən əvvəlki vəziyyətə qaytarılacaq.
E.Ə.
www.oxu.az