Bakıda aparılan təmir işləri ilə əlaqədar, bir sıra küçə və prospektlər bağlanıb.
Oxu.Az-ın Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən verdiyi məlumata görə, Zərifə Əliyeva küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Səməd Vurğun küçəsi ilə kəsişməsinə qədər olan hissəsində asfalt örtüyünün yenilənməsi ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılmışdır.
Sürücülərə alternativ olaraq Üzeyir Hacıbəyov küçəsindən istifadə etmələri tövsiyə olunur.
Bununla yanaşı paytaxtın Bülbül prospektinin Üzeyir Hacıbəyov küçəsi ilə kəsişməsindən Neftçilər prospekti ilə kəsişməsinə qədər olan hissəsində asfalt örtüyünün yenilənməsi ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılmışdır.
Sürücülərə alternativ olaraq Rəsul Rza küçəsindən istifadə etmələri tövsiyə olunur.