Bu gün Bakının mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu barədə Oxu.Az-a Nəqliyyat Nazirliyindən bildiriblər.
Məlumata əsasən, saat 22:00-da Tbilisi prospektinin Şəfayət Mehdiyev küçəsi ilə kəsişməsindən İzmir küçəsinin kəsişməsinədək olan hissəsində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.
Qeyd edilən ərazidə yolun hərəkət hissəsində üfüqi nişanlanma işləri həyata keçiriləcək.
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin