2015-ci ildə “Baltika” pivə istehsalı şirkətinin 25 yaşı tamam olur. Şirkət 19 ildir ki, Rusiyanın pivə bazarının əvəzsiz lideridir. Şirkətin uğurunun sirri müxtəlif fəaliyyət sahələrində innovasiyaların davamlı tətbiqidir.
“Baltika”çox əsirlik pivə istehsalı tarixindən qaynaqlanan ənənələri və ən müxtəlif fəaliyyət sahələrində innovasiyaları sayəsində güclüdür. Şirkət brendlərin yaradılmasından, istehsalatın, logistikanın və satışların idarə edilməsindən sosial məsuliyyətə və pivə içmə mədəniyyətinə yeni yanaşmalaradək hər bir sahədə trendləri müəyyən edir.
Beləliklə “Baltika” Rusiyada öz qıcqırtma sexlərini tikmiş, Null-LOX texnologiyası iləunikal maya ştammını və yüksək məhsuldarlıq, xəstəliklərə qarşı dayanıqlıq və tərkibində az miqdarda zülalın olması kimi əsas keyfiyyət xüsusiyyətləri ilə fərqlənən iki növ pivə arpasınıyetişdirmiş ilk pivə istehsalı şirkəti olmuşdur.
Şirkətdə 7500 nəfər işləyir. 2014-cü ildə “Baltika” “HeadHunter”-in versiyasına görə FMCG sektorunun şirkətləri arasında ən cəlbedici şirkət olaraq qəbul edilmişdir. Carlsberg Group-un bir hissəsi olaraq “Baltika” öz əməkdaşlarına rəqabətli əmək haqqı və geniş sosial paket təqdim etməklə yanaşı müxtəlif sahələrdə ən yaxşı beynəlxalq təcrübələri mənimsəmək, müxtəlif ölkələrdən olan kolleqaları ilə qarşılıqlı fəaliyyətdə olmaq imkanını verir.
“Baltika” pivə istehsalı şirkəti” MMC 2000-ci ildən etibarən Azərbaycan Respublikasına öz məhsulunu ixrac edir. Respublikada pivə bazarının inkişaf perspektivlərinin müsbət qiymətləndirilməsi və əsas oyunçu - “Baku-Kastel”in vəziyyəti “Baltika” pivə şirkəti tərəfindən Xırdalanda yerləşən pivə istehsalı şirkətini almaq haqqında qərarın qəbul edilməsinə səbəb olmuşdur.
2008-ci ilin may ayında “Baltika” şirkəti və Brasseries Internationales Holding (Eastern) Ltd (BIH Eastern) Xırdalanda pivə istehsalı şirkətinin alqı-satqısı haqqında müqavilə imzalamışdırlar. Sazişin Azərbaycanın antiinhisar orqanlar tərəfindən təsdiqindən sonra zavod “Baltika” şirkətinin tərkibinə daxil olmuşdur. 2009-cu ilin əvvəlindən adı “Baltika-Bakı”-ya dəyişdirilmişdir. “Baltika-Bakı” zavodunun müasirləşdirilməsi – Azərbaycan Respublikasının iqtisadiyyatının qeyri-xammal sektorunda Rusiyanın ən iri investisiya layihəsidir. 2009-cu ilin rekonstruksiya üzrə yatırım proqramının başa çatdırılması üzrə kapital qoyuluşlarının ümumi həcmi təxminən 20 mln ABŞ dolları təşkil etmişdir. 2010-cu ildən 2013-cü ilədək demək olar ki, 10 mln AZN məbləğində investisiya qoyuluşları həyata keçirilmişdir. Şirkətdə birbaşa olaraq 260-dan çox və dolayısıyla təxminən 400 (distributorlar, agentliklər, podratçılar) əməkdaş işləyir. Azərbaycanda öz fəaliyyətinə başladığı andan etibarən “Baltika-Bakı” şirkəti 45 mln AZN-dən çox vergi ödəmişdir.
İstehlakçılar Şirkətin məhsulunu əla dadına və yüksək keyfiyyətinə görə seçirlər. “Baltika-Bakı” xammalı aldığı andan etibarən pivənin ticarət nöqtəsində istehlakçı tərəfindən alınmasınadək pivənin keyfiyyətinə nəzarət edir. “Baltika-Bakı”-nın inkişaf etmiş logistika sistemi və bir çox regionlarda hazır məhsul anbarlarının olması pivəni satış nöqtələrinə maksimal olaraq təzə şəkildə çatdırmağa kömək edir.
“Baltika-Bakı” zavodunun mütəxəssisləri ən yüksək keyfiyyətə nail olmaq üçün ən müasir pivə istehsalı təcrübələrindən istifadə edirlər. Şirkət ənənəvi pivə istehsalı texnologiyalarından və yüksək keyfiyyətli təbii xammaldan və xüsusi hazırlanmış sudan istifadə edir.
“Baltika-Bakı” ən müasir avadanlıqdan istifadə edir. 2014-cü ildən etibarən müəssisənin əsas vəsaitlərəsərmayə sahəsində ən yaddaqalan addımı taxıl saxlama siloslarının və hazır məhsulu saxlamaq üçün forfasların quraşdırılması olmuşdur. Bu innovasiyalar şirkətə öz məhsulunun keyfiyyətini yaxşılaşdırmağa kömək edir, silosların quraşdırılması taxıl saxlama şəraitlərini təkmilləşdirməyə imkan yaradır və “Baltika-Bakı”nın da daxil olduğu Carlsberg Group-un yüksək standartlarına tam uyğunluğu təmin edir. Məhz davamlı təkmilləşdirmə sayəsində “Baltika-Bakı”nın brendləri həm ölkənin daxilində, həm də onun hüdudlarından kənarda müxtəlif mükafatlara layiq görülürlər. Mart ayında Madriddə qida məhsullarının istehsalçıların arasında keçirilmiş müsabiqədə “qida məhsullarının istehsalında keyfiyyət” nominasiyasında tutduğu fəxri birinci yer Şirkətin son nailiyyəti hesab olunur.
“Baltika-Bakı”-nın məhsulları Azərbaycanın pivə bazarının 70%-dən bir qədər çox hissəsini təşkil edir. Şirkətin brend portfeli Xırdalan ®, Xırdalan 0% ®, Tuborg ®, Baltika 7 ®, Baltika 0 ®, Baltika 9 ®, Xırdalan Draft ®, Kuler ®, Əfsanə ®, Jiqulyovskoye firmennoye ® kimi populyar brendlərdən ibarətdir.
Korporativ sosial məsuliyyət (KSM) şirkətin strategiyasının ayrılmaz hissəsidir. 2014-cü ildə Şirkətin maliyyə dəstəyi ilə Milli Olimpiya Komitəsi ilə əməkdaşlıqda Milli Parkda ictimai idman meydançası tikilmişdir və həmin meydançadan indiyədək hətta fiziki məhdudiyətli olan insanlar da istifadə edə bilirlər.
“Baltika”nın 25 illiyi - əldə edilmiş nailiyyətlərlə məhdudlaşmaq üçün əsas deyil. Bu, bir tərəfdən böyük təcrübə toplamış və istehsal ənənələrini yaratmış və eyni zamanda ən müxtəlif fəaliyyət sahələrində daimi innovasiyaların tətbiqi üçün stimulu olanşirkət üçün yeni başlanğıc nöqtəsidir.