Sentyabrın 23-də Yeni Günəşli qəsəbəsinin A,B,V,Q,D massivlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə “Azərsu”dan Oxu.Az-a bildirilib.
Qeyd edək ki, məhdudiyyətin yaranması Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Şadlınski küçəsindən keçən magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işlərinin aparılması ilə əlaqədardır.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Ülviyyə R. Əli
www.oxu.az