Turkish Airlines aviaşirkəti İstanbulda Atatürk adına beynəlxalq hava limanından 19 fevrala planlaşdırdığı daxili və beynəlxalq reysləri təxirə salıb.
Oxu.Az xəbər verir ki, aviaşirkətin saytında təxirə salınan reyslərin siyahısı yerləşdirilib. Siyahıda fevralın 18-dən 19-dək 800-dən artıq reys var.
Reyslərin təxirə salınmasının səbəbi İstanbulda nəqliyyatın hərəkətini və hava limanının işini iflic etmiş güclü qarın yağmasıdır.
“Azərbaycan Hava Yolları” (AZAL) şirkətindən Oxu.Az-a verilən məlumata əsasən, bu gün Bakıdan Atatürk hava limanına saat 09:45 və 17:15-ə təyin olunmuş aviareyslər təxirə salınıb.
Hazırda İstanbulun müxtəlif rayonlarında qarın qalınlığı 60 santimetrə çatır.
Təxirə salınmış aviareyslərin 6500 sərnişini otellərdə yerləşdirilib, 15 min sərnişinə isə hava limanı daxilində xidmətlər göstərilir.