Venesuelada qiymətlər 15 dəfə yüksəlib.
Oxu.Az xəbər verir ki, iyulun əvvəlində ölkədə inflyasiya 248,6 faiz təşkil edib.
Ötən ay istehlak qiymətləri indeksi 26 faiz yüksəlib. İllik müqayisədə isə artım 150 faiz olub. İyunda ölkədə aylıq inflyasiya 21,4 faiz olub.
Qeyd olunur ki, qara bazarda milli valyutanın (bolivar) sürətli devalvasiya, eləcə də, siyasi qeyri-müəyyənlik, rəsmi bazarda dollar təklifinin aşağı olması inflyasiyanı sürətləndirir.
L.Ə.