Bu ilin yanvar-avqust aylarında dövlət büdcəsinin gəlirləri 10 788,8 mln. manat, xərcləri 11 327,5 mln. manat təşkil edib.
Oxu.Az Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumata istinadən xəbər ki, ötən ilin eyni dövrü ilə müqayisədə büdcə gəlirləri 30,3%, büdcə xərcləri isə 21,2% artıb. Büdcənin icrasında 538,7 mln. manatlıq və yaxud ümumi daxili məhsulun 1,2%-i qədər kəsir yaranıb.
Qeyd edək ki, 2017-ci ilin yanvar-iyul aylarında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövru ilə müqayisədə 34,3% artaraq, 9410,1 mln. manata, xərcləri isə 19,2% artaraq, 9765,6 mln. manata çatıb. Büdcənin icrasında yaranmış 355,5 mln. manatlıq kəsir ümumi daxili məhsulun 0,9%-ni təşkil edib.
L.Ə.