2014-cü ilin iyun ayı ərzində 2 milyon 579 min 385 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.
Oxu.Az xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, bu həcmin 1 milyon 795 min 15 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.
“Cari ilin yanvar-iyun aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 14 milyon 282 min 527 ton təşkil edib.
Ümumiyyətlə, BTC istismara verilən gündən 2014-cü il iyul ayının 1-ə qədər Ceyhan limanından 247 milyon 426 min 441 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb”, - SOCAR-ın məlumatında deyilib.
Bundan əlavə, SOCAR-ın məlumatına görə, 2014-cü ilin iyun ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 343 min 834 ton Azərbaycan nefti nəql olunub.
“Cari ilin yanvar-iyun aylarında bu kəmərlə 14 milyon 543 min 140 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2014-cü il iyul ayının 1-ə qədər BTC-yə 249 milyon 684 min 733 ton neft vurulub.
Bundan başqa, cari ilin iyun ayında BTC kəməri ilə ümumilikdə 301 min 587 ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub”, - məlumatda deyilib.
Gülnarə Zeynalova
www.oxu.az