İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərracın tarixi açıqlanıb.
Dövlət Xidmətindən verilən məlumata əsasən, növbəti hərrac 1 dekabr tarixində təşkil ediləcək. Hərraca 36 dövlət əmlakı çıxarılacaq. Bunlardan 28-i kiçik dövlət müəssisəsi və obyekti, səkkizi isə nəqliyyat vasitəsidir.
Keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytına və ya özəlləşdirmə portalına daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər.