Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Maliyyə Monitorinqi Xidməti BMT Təhlükəsizlik Şurasının İŞİD və “Əl-Qaidə” Sanksiya Komitəsinin aprelin 8-də qəbul edilmiş qərarlarına uyğun olaraq ümumi siyahını yeniləyib.
Bu barədə MBNP-dən Oxu.Az-a bildirilib.
Məlumata görə, 1 nəfərin adı siyahıdan silinib. Həmin şəxs Khadafi Abubakar Janjalanidir.
Qeyd edək ki, Ümumi Siyahı milli qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğun olaraq müəyyən edilmiş fiziki və hüquqi şəxslərin Ölkədaxili Siyahısından və Beynəlxalq Siyahısından ibarətdir.
Ümumi Siyahının son versiyası Maliyyə Monitorinqi Xidmətinin rəsmi internet səhifəsində (http://www.fiu.az/aze/umumi-siyahi/) yerləşdirilib.
U.A.
www.oxu.az