İŞİD lideri Abu Bəkr əl-Bağdadi Mosuldan qaçarkən həbs edilib. Əl-Bağdadi İraq ilə Suriya arasındakı sərhədi keçərkən saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə BMT-nin Təhlükəsizlik və İnformasiya Komitəsi yanında fəaliyyət göstərən informasiya xidmətinin rəisi Heytam Abu Səidə istinadən ərəb KİV-i məlumat yayıb.
Bu ərəfədə əl-Bağdadinin “Qafqaz əmiri” ləqəbli yardımçısı Hasbulla əl-Qafqazinin öldürüldüyünə dair məlumat yayılmışdı.
Xatırladaq ki, martın əvvəlində əl-Bağdadi İŞİD üzvlərinə müraciət edərək son zamanlar bir sıra məğlubiyyət yaşadıqlarını etiraf edib.
N.О.
www.oxu.az