Dövlət Neft Şirkəti (SOCAR) iyul ayında dünya bazarında satışa çıxarılmış xam neftin qiymətlərini açıqlayıb.
Bu barədə Oxu.Az-a SOCAR-dan bildirilib.
Şirkət bildirir ki, iyul ayında xam neftin qiymətləri ucuzlaşıb:
Belə ki, iyul ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 56,54 dollara,Urals nefti 55,84 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 57,60 dollara satılıb.
Qeyd edək ki, 2015-ci ilin iyun ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 61,69 dollara, Urals nefti 62,51 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 62,73 dollara satılmışdı.
Ülviyyə R. Əli
www.oxu.az