Azərbaycanda ən böyük bank olmayan kredit təşkilatı “Finca Azerbaijan”ın filiallarının yarısı kredit verilişini dayandırıb.
Oxu.Az-ın məlumatına görə, kredit təşkilatından Fins.az-a bildirilib ki, yanvar ayından etibarən Bakı, Abşeron, Şirvan, Quba, Siyəzən, Zaqatala üzrə filiallar da daxil olmaqla ümumilikdə 28 filialdan 12-də kredit verilişi dayandırılıb.
Kreditlərin dayandırılmasının səbəbi açıqlanmasa da, bunun müvəqqəti xarakter daşıdığı bildirilib.
Fins.az-ın məlumatına görə, “Finca Azerbaijan”ın kreditlər üzrə bəzi şərtləri dəyişəcəyi, o cümlədən faiz dərəcəsini artıracağı gözlənilir.
U.A.
www.oxu.az