Qazax magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.
Bu barədə “Azəriqaz” İB-dən Oxu.Az-a bildirilib.
Məlumata görə, sabah dekabrın 17-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Qazax magistral qaz kəmərləri sahəsinin “Gəncə Körpü Tikinti-2” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Qurumdan bildirilib ki, təmir işləri aparılan müddətdə Göy-Göl rayonunun Qırxılı, Cümşüdlü və Balçılı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Ülviyyə R.Əli
www.oxu.az