Gürcüstandan Azərbaycana avtomobillərin ixracı 40% azalıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Statistika İdarəsi məlumat yayıb.
Məlumata görə, buna səbəb Azərbaycana keçən avtomobillərin “Avro-4” standartlarına uyğun yanacaqdan istifadə etməmələridir.
Qeyd edək ki, Azərbaycan Türkiyədən sonra Gürcüstanın ikinci ticarət tərəfdaşıdır və ixracatın 50%-i məhz avtomobil ticarətinə düşür.