Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Hesablama Palatası dövlət borcunun azaldılması üçün yeni təkliflər irəli sürüb
Növbəti il 3.1 milyard manat proqnozlaşdırılan büdcə kəsirinin 1.8 mlrd. manatının daxili dövlət borclanması hesabına maliyyələşdirilməsi nəzərdə tutulur. Dövlət istiqrazları hesabına daxili borcun artımı davam etməkdədir ki, bu da özündə faiz xərclərinin artması ilə bağlı faiz riski, borcun yenidən maliyyələşdirilməsi zərurətindən irəli gələn təkrarmaliyyələşmə riski, maliyyə bazarlarında kifayət qədər vəsait cəlb etməklə əlaqəli likvidlik riskinin aktuallaşmasının göstəricisidir.
APA-nın xəbərinə görə, bu, "Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə rəyində əksini tapıb.
Qeyd edilib ki, borca xidmət üzrə faiz xərclərinin ötən illə müqayisədə 308 milyon manat çox nəzərdə tutulması, daxili borc portfelində müşahidə edilən qısamüddətli borcların üstünlük təşkil etməsi, dövlət istiqrazlarının orta gəlirlilik dərəcəsindəki fərqli dinamika bu risk amilinin xüsusi diqqətdə saxlanılmasının vacib olduğunu göstərir.
Cari ilin 10 ayının icra göstəricisinə əsasən dövlət büdcəsinin gəlirləri xərcləri 3 mlrd. manat üstələyir ki, bu da büdcədə ilin sonuna əhəmiyyətli qalıq vəsaitlərin yaranması gözləntilərini formalaşdırır. Təklif edirik ki, vaxtı çatmış öhdəliklərin birbaşa sərbəst qalıq hesabına ödənilməsi ilə bağlı icra mexanizmi yaradılsın. Bununla yanaşı, profisitli büdcə şəraitində borclanmadan istifadə edilməməsinə və monetar siyasətin hədəfləri nəzərə alınmaqla qısamüddətli istiqrazların vaxtından əvvəl investorlardan geri alınması məsələsinə də baxıla bilər. Qeyd etdiyim bu hallar dövlət borcunun həcminin azaldılması ilə yanaşı, növbəti illərdə faiz xərclərinin əhəmiyyətli dərəcədə artımının qarşısının alınmasına imkanlar yaradar.
"Hesablama Palatası" teqi üzrə xəbərlər
- Azərbaycanda təhlükəsiz tullantılarla bağlı 100 milyon manat reallaşdırılmamış gəlir aşkarlandı
- Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində yoxlama aparılır
- HP sədri: "Ötən il 52 milyon manatlıq maliyyə pozuntusunun aradan qaldırılması üçün təklif verilib"
- Hesablama Palatası Bakı metrosunda yoxlamalar apardı: Zərər üçün ayrılan pullar hara xərclənib?
- Bakı metrosunun sərnişindaşımanın maya dəyərini süni şəkildə artırdığı üzə çıxıb