“H&M” CAR-dakı mağazalarını bağlamaq qərarına gəlib.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir qrup aktivist Sandton, Menlyn Park ve East Randda yerləşən mağazalara basqın edərək rəfləri dağıdıb, paltarları ətrafa atmışdılar.
“H&M” mağazaların bağlanması ilə bağlı verdiyi izahatda bildirib ki, müştərilərin və işçilərin təhlükəsizliyi nəzərə alınaraq bu addım atılıb.
Xatırladaq ki, insidentə səbəb markanın reklam afişasında qaradərili bir uşağa “Meşədəki ən zor meymun” yazılı köynək geyindirilməsidir.
L.Ə.
www.oxu.az