Parlamentin Sosial siyasət komitəsi Azərbaycanın Milli Məclisinin oktyabrın 1-də açılacaq payız sessiyasında 5 qanun layihəsini müzakirəyə çıxarmağı təklif edib.
Oxu.Az abc.az-a istinadən xəbər verir ki, komitə sədri Hadı Rəcəbli onların arasında sosial təminat, bədən tərbiyəsi və idman, sosial sığorta, istehsalatda bədbəxt hallardan və peşə xəstəliklərindən icbari sığorta haqqında qanun layihələri və İnzibati Xətalar Məcəlləsinə düzəlişlərin olduğunu bildirib.
“Belə ki, istehsalatda bədbəxt hadisələr və peşə xəstəliklərindən icbari sığorta polislərinin olmamasına görə fiziki şəxslərə qarşı 500, vəzifəli şəxslər – 1500, hüquqi şəxslər – 5000 manat cərimə müəyyənləşdirmək planlaşdırılır” – deyə, Rəcəbli bildirib.