Operativ, sürətli və keyfiyyətli xidməti ilə seçilən “Expressbank” yeni kampaniya elan edir - 3 iş günü ərzində əməkhaqqı kartlarının ödənişsiz əsasda hazırlanması və müştərilərə təqdim edilməsi.
“Expressbank” “Visa International” və “MasterCard International” beynəlxalq ödəniş sistemlərinin üzvü olduğundan əməkhaqqı kartları müştərilərə seçimdən asılı olaraq, “VISA Electron” və ya “Maestro” tipli olaraq təklif olunur.
Kampaniyanın şərtlərinə əsasən, 3 iş günü ərzində hesabların açılması, əmək haqqı kartların sifarişi və hazır kartların müştəriyə təhvil verilməsi həyata keçiriləcəkdir. Üstəlik, tam pulsuz şəkildə!
Qeyd edək ki, 15.06.2017 tarixlərinədək keçərli olan kampaniya hüquqi şəxslər və fərdi sahibkarlar üçün nəzərdə tutulub. Kampaniyaya qoşulmaq üçün Bankla müqavilə bağlamaq, müvafiq sənədlər zərfini və əməkdaşların siyahısını təqdim etmək yetərlidir.
“Expressbank”ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir.
Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS-terminal və 500-dən artıq “ExpressPay” ödəniş terminalı vardır.
Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi “Facebook” səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.
U.A.
www.oxu.az