Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Malebana Dina Poka: "Musiqi vasitəsilə iqlim problemlərinə diqqət çəkməyə çalışırıq"
"Bilirsiniz ki, COP beynəlxalq tədbirdir, amma onu qeyd etməliyik ki, insanların heç də hamısı onun mahiyyətini və əhəmiyyətini tam başa düşmür. Lakin biz bir çox ölkələrə səfər edir, musiqi vasitəsilə iqlim problemlərinə diqqət çəkməyə çalışırıq".
Bu sözləri Oxu.Az-a açıqlamasında "Musiqi COP-lara necə təsir göstərə bilər?" seminarının təşkilatçısı, Lesotodan Bakıda keçirilən COP29 konfransına qatılan iqlim fəalı Malebana Dina Poka deyib.
O bildirib ki, təmsil olunduğu "Climate Live" iqlim sahəsində maarifləndirmə hərəkatıdır və hər il 60-dan çox ölkədə konsertlər təşkil edir.
İqlim fəalı söyləyib ki, hərəkatda müxtəlif xalqların sənətçiləri təmsil olunurlar və hər biri öz xalqının sənətini təbliğ edir:
"Bəzən biz müxtəlif janrları qarışdıraraq da dinləyicinin diqqətini çəkməyə çalışırıq. Təbii ki, musiqi vasitəsilə iqlim problemlərini qabardırıq. Gənclər pop-estrada janrına daha çox maraq göstərirlər, biz də öz növbəmizdə bu janrlara daha çox müraciət edirik. Əsas məqsədimiz isə dəyişmir - sənətin gücündən istifadə edərək diqqəti ekoloji problemlərə yönəltmək".
Şəhriyar Səmədov
"COP29" teqi üzrə xəbərlər
- KOB-ların yaşıl keçidi ilə bağlı bəyannaməni dəstəkləyən təşkilatların sayı artmaqdadır
- Fatih Birol "Dostluq" ordeni ilə təltif edildi
- Azərbaycanın BMT ilə yeni Çərçivə Sənədinin istiqamətləri açıqlanıb
- "Baku Steel Company" QSC "2024-cü ilin ən yaxşı tərəfdaşı" nominasiyasının qalibi olub
- AİŞ 2020-2024: İqtisadi irəliləyişlər və yaşıl üfüqlər