Bu gün saat 10:00-dan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Nardaran” və “Bolqarıstan” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işlərinə başlanılıb.
Oxu.Az-a “Azəriqaz” İB-dən verilən məlumata görə, təmir işləri saat 18:00-dək aparılacaq.
Təmir müddətində Maştağa və Nardaran kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Ülviyyə R. Əli
www.oxu.az