“Miss Turkey - 2009” gözəllik müsabiqəsində dördüncü seçilən Begüm Yılmaz uzun illərdir birlikdə olduğu model sevgilisi Ali Tank ilə ailə qurub.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Cütlüyün xoşbəxt günündə məşhur model Didem Soydan da iştirak edib.

Soydan səbəbkarlar haqqında “Hər ikisi 10 illik dostumdur. Mənim üçün çox qiymətlidirlər. İllər ərzində onların bir-birinə böyük sevgi ilə bağlılandıqlarını gördüm” deyib.

Aytən Sadıqzadə
www.oxu.az