Otuzuncu Bakı Enerji Həftəsi çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Əbunəyyan ilə görüşüb.
Bu barədə Oxu.Az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı arasında iqtisadiyyatın bütün sahələrində, xüsusilə də bərpa olunan enerji sahəsində əməkdaşlığın genişləndiyi vurğulanıb.
"Yaşıl" enerjiyə keçidin təmin edilməsi istiqamətində hədəflərimizin reallaşmasında bu ölkədən olan investorlarla işbirliyinin rolu qeyd edilib. "ACWA Power" şirkəti tərəfindən Azərbaycanda Qafqaz regionunun ən böyük külək elektrik stansiyasının inşası ilə bağlı həyata keçirilən layihə və dəniz suyunun duzsuzlaşdırılması sahəsində görülən işlər əməkdaşlığımızın əhəmiyyətli nümunəsi kimi dəyərləndirilib.
Tərəflər qlobal enerji gündəliyinin prioritetləri, dayanıqlı biznes modellərə keçidin əhəmiyyəti və yaşıl enerji sahəsində ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
İqtisadiyyat naziri Mikayıl Cabbarov 30-cu Bakı Enerji Həftəsi çərçivəsində Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Əbunəyyan ilə görüşüb.
Oxu.Az xəbər verir ki, Mikayıl Cabbarov bu barədə "X" hesabında yazıb:
"Qlobal enerji gündəliyinin prioritetləri, dayanıqlı biznes modellərə keçidin əhəmiyyəti, yaşıl enerji və dəniz suyunun duzsuzlaşdırılması sahəsində ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə etdik".
30-cu Bakı Enerji Həftəsi (@BakuEnergyWeek) çərçivəsində Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" (@acwapower_en) şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Əbunəyyan ilə görüşdük. Qlobal #enerji gündəliyinin prioritetləri, dayanıqlı #biznes modellərə keçidin əhəmiyyəti,… pic.twitter.com/k8TBr4iZwc
— Mikayil Jabbarov (@MikayilJabbarov) June 3, 2025